Dəri xəstəlikləri

Dəri xəstəliklərindən bəhs edən elmə dermatologiya deyilir.
Dəri xəstəliklərinin əlamətləri. Yerli — gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi — üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur.
Dəridə morfoloji dəyişikliklər — ləkə, köpüşük, düyüncük, qabaq, düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrovlaşma, eroziya, ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər.
Ləkə. Dərinin və selikli qişanın məhdud bir sahəsinin rənginin dəyişilməsinə ləkə deyilir. Ləkə üç cür olur: iltihab, hemorragiya və piqment ləkələri.
Köpüşük. Xüsusi dəfinin (dermanın) məməyəbənzər təbəqəsində baş vermiş kəskin iltihablı şişkinliklərə köpüşük deyilir. Köpüşüyün xüsusiyyəti ondan ibarətdir ki, o, müəyyən ekzogen və endogen səbəblərdən gözlənilmədən aşkar olur və tezliklə heç bir iz buraxmadan yox olur.


Ardı →

Dərimizə gündəlik qulluq

Kosmetikanın birinci şərti dərinin təmizliyidir. Insanın ən vacib orqanı kimi dəri orqanizmin bütün həyat fəaliyyətində iştirak edir, dərinin yaxşı saxlanılması nəinki gözəllik üçün, həmçinin sağlamlıq üçün də böyük əhəmiyyətə malikdir.


Dəri piyinin və tərin dağılan hissəcikləri ilə örtülmüş çirk dəri özünün süzmə qabiliyyətini itirir, bakteriyaların təsirinə daha tez məruz qalır. Belə şəraitdə hər bir kiçik sıyrıntı dərinin ciddi iltihabına səbəb ola bilər. Ona görə də bütün bədənin dərisinin təmizliyi onun normal fəaliyyətinin və deməli, yaxşı zahiri görkəminin ən vacib şərtidir.

Ardı →